“Kiyev atəşkəs rejiminə əməl etməyəcək” – Ukraynadan Putinə bomba kimi cavabbackend

“Kiyev atəşkəs rejiminə əməl etməyəcək” – Ukraynadan Putinə bomba kimi cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiya ilə istənilən danışıqlar prosesini rədd edir.

İnterpress.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Rusiyanın müvəqqəti atəşkəs təklifini şərh edərkən deyib.

“Onlarla heç bir danışıq aparılmayıb”, -deyə Danilov bildirib. Danilovun sözlərinə görə, Kiyev atəşkəs rejiminə əməl etməyəcək.

Xatırladaq ki, cümə axşamı Kremlin mətbuat xidməti bildirib ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək müharibə zonasında bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib. Daha sonra Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu yanvarın 6-da saat 12:00-dan 36 saat müddətinə atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.