Kolumbiyada narkotik qaçaqmalçılarına qarşı keçirilən əməliyyatlarda 5 tondan çox kokain ələ keçirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Kolumbiyada 5 tondan çox narkotik ələ keçirilib
Ölkənin Narino, Putumayo və Şimali Santander bölgələrində həyata keçirilən əməliyyatlarda 5 tondan çox kokain müsadirə edilib, iki laboratoriya və qeyri-qanuni istifadə edilən anbarlar məhv edilib.
Bildirilib ki, əməliyyatlar hava və quru qoşunları ilə birgə həyata keçirilib.