Kolumbiyanın Şimali Santander inzibati bölgəsindəki kütləvi məzarlıqda zibil torbalarında 1086 nəfərin qalıqları tapılıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Ölkə mətbuatında yer alan xəbərə görə, Kukuta şəhərinin mərkəzi qəbiristanlığında qazıntı aparan səlahiyyətlilər, kütləvi məzarlıq aşkar ediblər.
Araşdırmalar zamanı 4 min zibil torbasının içərisində 1086 nəfərin qalıqlarının olduğu müəyyən edilib.
İtkin Şəxslərin Axtarış Bölməsi (UBPD) və Xüsusi Sülh Yurisdiksiyası (JEP) tərəfindən verilən açıqlamada, tapılan insan qalıqlarının “çox güman ki,” münaqişə dövründə yoxa çıxan insanlara aid olduğu qeyd edilib.
JEP-in hakimi Maria del Pilar Valensiya da açıqlamasında vəziyyətin “dəhşətli” olduğunu və hərtərəfli araşdırma tələb olunduğunu bildirib.
Kolumbiya prezidenti Qustavo Petro sosial media hesabında yazıb deyib.