Kolumbiyada yanacaq çəni partlayıbbackend

Kolumbiyada yanacaq çəni partlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyada yanacaq çəni partlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hadisə Kolumbiyanın Barranquila şəhərində yerləşən karbohidrogen anbarında qeydə alınıb.

Partlayış nəticəsində yanğınsöndürən ölüb.

Şəhərin liman ərazisində yerləşən karbohidrogen anbarında partlayış baş verib.

Yanğın qısa zamanda genişlənib. Alovun nəzarət altına alınmasının 3-4 gün çəkə biləcəyi bildirilir.

Ehtiyat tədbiri olaraq limanda fəaliyyət dayandırılıb, ərazidə olanlar təxliyə edilib.

Partlayışın səbəbi hələlik məlum deyil.