Kolumbiyanın Pereyra şəhərindəki Ukumari Biopark zooparkından qaçan Panço və Çita adlı iki şimpanzenin Cerritos bölgəsində öldürüldüyü bildirilir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Zooparkın direktoru Sandra Korrea Panço və Çitanın qaçdıqlarını görəndə vəziyyəti polisə bildirdiklərini və ərazidə qırmızı həyəcan siqnalı verildiyini bildirib.
Pançonun Cerritos bölgəsində gəzdiyi və Çitanın zooparkdan cəmi bir neçə metr aralıda olduğu qeyd edilib.
Panço və Çitanın axtarışdan sonra bir polis və bir əsgər tərəfindən öldürüldüyünü ifadə edən Korrea, iki şimpanzenin ölümünə yas tutduğunu, lakin insanların həyatına üstünlük vermələri lazım olduğunu ifadə edib.
Korrea bildirib ki, zoopark iyulun 31-dək bağlı qalacaq.
Polis səlahiyyətlilərinin mənfi reaksiyalarla bağlı verdiyi açıqlamada, iki şimpanzenin hücumuna məruz qalma riski ilə üzləşən zoopark işçilərini qorumaq üçün şimpanzelərin öldürüldüyü bildirilib.