Konqo Demokratik Respublikasında daşqın: 176 nəfər ölübbackend

Konqo Demokratik Respublikasında daşqın: 176 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqo Demokratik Respublikasının Cənubi Kivu əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 176 nəfər ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Konqo Demokratik Respublikasının Cənubi Kivu əyalətində güclü yağışlar daşqınlara səbəb olub.

Suyun səviyyəsi yüksələn çay daşaraq Buşuşu və Nyamukubi kəndlərinə böyük ziyan vurub.

Cənubi Kivu qubernatoru Teo Nqvabidje Kasi sel fəlakəti nəticəsində 176 nəfərin öldüyünü açıqlayıb.

Çox sayda insanın itdiyi seldə axtarış-xilasetmə işləri davam edir.