Konqoda silahlı hücum: 23-ü uşaq olmaqla 46 nəfər ölübbackend

Konqoda silahlı hücum: 23-ü uşaq olmaqla 46 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqo Demokratik Respublikasının Djuqu bölgəsində məcburi köçkünlər üçün düşərgəyə edilən silahlı hücumda 23-ü uşaq olmaqla azı 46 nəfər həlak olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İturi əyalətinin Djuqu bölgəsində məcburi köçkünlərin məskunlaşdığı Lala düşərgəsinə silahlı basqın edilib.

Ölkənin şərqində müşahidəçi şəbəkəsi olan Kivu Security Tracker hücumda ən azı 46 nəfərin öldüyünü, icma lideri Desire Malodra isə ölənlərdən 23-nün uşaq olduğunu açıqlayıb.

Yerli mənbələr hücum edənlərin evləri yandıraraq mülki insanlara silah və pala ilə hücum etdiyini, çox sayda insanın isə yanaraq öldüyünü bildirib.

Düşərgənin Birləşmiş Millətlər Təşkilatının (BMT) Buledəki bazasından 5 kilometr aralıda olduğu açıqlanıb.