Konqo Demokratik Respublikasının (KDC) şərqindəki İturi əyalətində üsyançıların hücumu nəticəsində aralarında uşaqların da olduğu 7 mülki şəxs həlak olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
“Konqonun İnkişafı üçün Alyans” (CODECO) üsyançı qruplaşmasının üzvləri İturi vilayətinin Adrasi kəndində hücum həyata keçirib.
Bölgədə bir çox evin yandırıldığı hücumda 5-i uşaq olmaqla 7 mülki vətəndaş həyatını itirib.
2014-cü ildən bəri ölkənin şərqində aksiyalar həyata keçirən CODECO-nun hücumlarında minlərlə mülki vətəndaşın öldüyü təxmin edilir.
Ruanda, Uqanda və Burundi ilə sərhədin yerləşdiyi KDC-nin şərqi 20 ildən artıqdır ki, qızıl və kobalt kimi mədənlərə nəzarət etməyə çalışan silahlı qrupların hücumlarına və qarşıdurmalarına səhnə olub.