Köpəkbalığı hücumuna məruz qalan turist qadının ayağı AMPUTASİYA EDİLDİbackend

Köpəkbalığı hücumuna məruz qalan turist qadının ayağı AMPUTASİYA EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qalapaqos adalarında köpəkbalığı turistə hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Oberösterreichische Nachrichten” qəzeti məlumat yayıb.

Ekvadorun Qalapaqos adalarında dincələn avstriyalı turist qadın köpəkbalığının amansız hücumuna məruz qalıb. Lints şəhərindən olan 30 yaşlı Elizabet O. həyat yoldaşı ilə birlikdə dəniz şirlərini və tısbağalarını izləmək üçün bələdçi ilə birlikdə ekskursiyaya yollanıb.

Santa Fe adasının yaxınlığında, dayazlıqda üzərkən qadın sağ ayağında kəskin və güclü dişləmə hiss edib. Yırtıcı ilə mübarizə aparan Elizabet nəhayət ki, onun ağzından qurtulmağı bacarıb.

Tur qrupunda olan iki kanadalı həkim Elizabetə hadisə yerindəcə dərhal ilk tibbi yardımı göstərib və ağır qanaxmanı dayandırıb. Ağır yaralı qadın dərhal qayıqla yaxınlıqdakı Santa Kruz adasına, oradan isə təyyarə ilə materikə – liman şəhəri Quayakilə çatdırılıb.

Həkimlər onun həyatını qorumaq üçün sağ ayağının dizdən aşağı hissəsini amputasiya etmək məcburiyyətində qalıblar. Özünün 30 illik yubileyini xəstəxanada qarşılayan Elizabet hazırda protez vasitəsilə yenidən yeriməyi öyrənir.

Qeyd edək ki, Qalapaqos adalarında dalğıclıq və snorkelinq (sualtı üzgüçülük) kifayət qədər təhlükəsiz hesab olunur və indiyədək orada köpəkbalığı hücumu nəticəsində ölüm halı qeydə alınmayıb.

Xuraman Etibarlı

İnterpress.az