Koronavirusa yoluxmuş Azərbaycan cüdoçularının adları bəlli olubbackend

Koronavirusa yoluxmuş Azərbaycan cüdoçularının adları bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliyanın Almada şəhərindəki Qran-Pridən əvvəl koronavirusa yoluxmuş Azərbaycan cüdoçularının adları bəlli olub.

İnterpress.az-ın Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Yaşar Nəcəfov (66 kq), Zaməddin Poladov (73 kq) və Rüfət İsmayılov (90 kq) COVID-19 testi müsbət nəticə verib. Onların adları yarışın iştirak ərizəsindən çıxarılıb və bir saat sonra başlayacaq püşkatma mərasimində olmayacaq.

Beləliklə, Azərbaycan turnirdə 6 kişi, 3 qadın idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, 28 – 30 yanvarda keçiriləcək Qran-pridə Azərbaycanı 12 cüdoçu təmsil etməli idi.