Kosovo xarici işlər naziri Donika Gervalla-Şvars ölkənin şimalında gərginliyi azalda biləcək açıqlama verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Kosovoda serblərin çoxluq təşkil etdiyi dörd bələdiyyədə yerli seçkilərin təkrar keçirilməsinə açıq olduqlarını bildirən nazir, yeni seçkilərə qədər əlavə addımların atılması lazım olduğunu da söyləyib.
Serbiyanın Kosovodakı serbləri seçkilərdə iştirak etməyəcəkləri ilə təhdid etməyi dayandırmalı olduğunu vurğulayan nazir zorakılıqların arxasında Serbiya prezidenti Aleksandr Vuçiçin olduğunu iddia edib.
Avropa ölkələrinin liderləri və Aİ rəsmiləri Kosovoda yerli seçkilərin yenilənməsini və əvvəlki seçkiləri boykot etmiş kosovo serblərinin seçkilərdə iştirakını tələb ediblər.
Kosovonun Zveçan, Zubin Potok, Şimali Mitrovitsa və Leposaviç bələdiyyələrində serb seçicilərin boykot edilməsindən sonra apreldə keçirilən seçkilərdə alban əsilli namizədlər qalib gəlib.Keçən həftə 30 KFOR əsgəri qəbul etməyən serblərlə üz-üzə gəlib.
Seçki nəticələrinə görə bələdiyyə binalarını qoruyan NATO sülhməramlı qüvvələrinin (KFOR) əsgərləri yaralanıb. Digər tərəfdən, Milli Müdafiə Nazirliyi, NATO-nun tələbi ilə bölgəyə göndəriləcək türk əsgərlərinin ikinci və üçüncü konvoylarının ötən gün reallaşdığını bildirib.