Kreml: Rusiyada dron mütəxəssislərinin yetişdirilməsinə başlanılırbackend

Kreml: Rusiyada dron mütəxəssislərinin yetişdirilməsinə başlanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin Rusiyada pilotsuz sistemlər üzrə mütəxəssislərin hazırlanması sisteminin yaradılmasını tapşırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putin ölkədə pilotsuz sistemlər sahəsində peşəkar mütəxəssislərin hazırlanması üçün kompleks sistemin yaradılması barədə göstəriş verib.

Kremlin yaydığı məlumata görə, bu təşəbbüs ölkənin texnoloji suverenliyini gücləndirmək və müasir sənaye tələblərinə uyğun kadr potensialını formalaşdırmaq məqsədi daşıyır.

Tapşırığa əsasən, pilotsuz uçuş aparatlarının (PUA) layihələndirilməsi, istehsalı və istismarı ilə bağlı xüsusi təhsil proqramları hazırlanacaq.

Bu sistemin həm orta ixtisas, həm də ali təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.

Hökumətə bu sahədə qısa müddətdə konkret tədbirlər planı hazırlamaq və icrasına başlamaq tapşırılıb.

Xuraman Etibarlı

İnterpress.az