Krım körpüsündən çaya atılan məşhur müğənninin xilas edilmə anı kameraya DÜŞÜB – VİDEObackend

Krım körpüsündən çaya atılan məşhur müğənninin xilas edilmə anı kameraya DÜŞÜB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva çayından xilas edilən məşhur opera ifaçısı German Yukavskinin görüntüləri yayılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məşhur opera müğənnisi German Yukavskinin Moskva çayından xilas edilmə anının videogörüntüləri yayılıb. Məlumata görə, 56 yaşlı sənətçi güclü spirtli içki qəbul etdikdən sonra çayı üzüb keçmək məqsədilə özünü Krım körpüsündən aşağı atıb.

Sudan çıxarılan ifaçı dərhal narkoloji klinikaya aparılıb. Çünki o, xilas edildikdən sonra özünü idarə edə bilməyib, ətrafdakı yoldan keçən sakinləri təhqir edib və ona kömək etmək istəyən tibb işçilərinə hücum çəkib.

Hadisə nəticəsində German Yukavskinin çiyin nahiyəsi zədələnib, həmçinin qolunda və belində kəskin əziklər aşkarlanıb. Hazırda sənətçi həkimlərin və psixiatrların ciddi nəzarəti altındadır.

Məşhur sənətçinin bu qeyri-adekvat hərəkətləri Rusiya cəmiyyətində və yaradıcılıq dairələrində böyük müzakirələrə səbəb olub.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır, onun barəsində xuliqanlıq və xidməti vəzifəsini yerinə yetirən tibb işçilərinə müqavimət göstərmə maddələri ilə inzibati tədbir görüləcəyi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az