Krım yarımadasının Kirovske rayonunda hərbi poliqonda yanğın baş verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yanğınla əlaqədar 2000 nəfərin təxliyə ediləcəyi açıqlanıb.
Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımın qondarma qubernatoru Sergey Aksenov çərşənbə günü Krım yarımadasının Kirovske rayonunda hərbi poliqonda yanğın baş verdiyini bildirib.
Aksyonov Telegram mesajlaşma proqramında yanğının yaxınlıqdakı Tavrida şossesini bağlamağa məcbur etdiyini söyləyib.