Kriptovalyuta birjası Kanadadan geri çəkilirbackend

Kriptovalyuta birjası Kanadadan geri çəkilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən böyük kriptovalyutası olan “Binance” ölkədəki tənzimləmələrə görə Kanada bazarından çəkilmək qərarına gəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

“Binance”nin digər aparıcı kripto şirkətlərinə qoşularaq Kanada bazarından “proaktiv şəkildə” çəkiləcəyi qeyd edilib:

“Kanada blokçeyn sənayesinin qalan hissəsinə böyük ümidlər bəsləyirdik. Təəssüf ki, stabilkoinlər və kriptovalyutalar üçün investor məhdudiyyətləri ilə bağlı yeni tənzimləmə hazırda Kanada bazarını “Binance” üçün dözülməz edir”.

Qeyd edək ki, Kanada hökuməti son aylarda kripto-aktiv ticarət platformaları üçün qaydaları sərtləşdirib.