Küçədə yandırılan bomj: “İnsanlardan kömək istəmirəm”backend

Küçədə yandırılan bomj: “İnsanlardan kömək istəmirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Kulis.az-a istinadən “Həyatın içindən” layihəsindən Oğuz Ayvazın reportajını təqdim edir:

“28 May” metrosunun yuxarısında balaca bir park var: ora küçədə yaşayan, sərgərdan, səfil adamlarla doludur.

Günlərin bir günü yolum oradan keçirdi. Oturacaqların birində oturub gəlib-keçənlərə baxırdım. Saçları pırtlaşıq, üzü saqqallı, nimdaş geyimli bir kişi mənə tərəf yaxınlaşdı. Düşündüm ki, pul istəyəcək. Cibimi eşələyib manatı ovcumda hazır saxladım.

– Xalaoğlu, mən dilənçi deyiləm, səninlə dərdləşmək istəyirəm.

Çaşdım, ovcumda sıxdığım pulu azadlığa buraxdım…

Yanımda oturub başına gələn hadisələrdən danışmağa başladı. Söhbətin nədən getdiyini anlamaq olmurdu. Danışdığı hadisələr bir-birləri ilə toqquşur, darmadağın olurdu.

İnterpress.az