Türkiyədə parklar, bağçalar, küçələr, binaların önləri və meydanlar kimi ictimai yerlərdə qurbanlıq satıb kəsənlərə cərimə tətbiq ediləcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qurban bayramı günlərində qurban kəsim və kəsim yerlərində ətraf mühitin sağlamlığına mənfi təsir göstərməməsi üçün tədbirlər görülüb.
Bu çərçivədə, Qurban bayramı zamanı satış və kəsim məntəqələrində yoxlamalar aparılacaq.