Kürd və ələvilər Türkiyə rəhbərliyinə daxil edilsin – Baxçalıbackend

Kürd və ələvilər Türkiyə rəhbərliyinə daxil edilsin – Baxçalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baxçalı kürd və ələvi nümayəndələrinin Türkiyə rəhbərliyinə daxil edilməsini təklif edib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Milliyyətçi MHP partiyasının başqanı və prezident Ərdoğanın əsas siyasi müttəfiqi Dövlət Baxçalı bir kürd və bir ələvinin ölkəyə vitse-prezident təyin edilməsini təklif edib.

Onun sözlərinə görə, bu addım milli birliyin möhkəmlənməsinə, etnik və dini gərginliyin azaldılmasına kömək edə bilər.

Partiyanın icra məclisinin iyulun 18-də keçirilən iclasında irəli sürülən təklif daha sonra Bahçeli tərəfindən yazılı açıqlama ilə təsdiqlənib.

O, ələvilərin və kürdlərin türk millətinin ayrılmaz bir parçası olduğunu vurğulayıb və əlavə edib: “Hamımız bir yerdə türk millətiyik”.

Təşəbbüs kürd hərbi-siyasi təşkilatı PKK ilə münaqişənin həlli üçün davam edən sülh səyləri fonunda irəli sürülüb.

İyul ayında təşkilatın nümayəndələri silahların kütləvi şəkildə məhv edilməsi mərasimi keçiriblər və bu, uzun müddətdir davam edən qarşıdurmaya son qoymaq üçün ilk addım kimi qəbul edilib.

Prezident Ərdoğan tədbiri “milli zəfər” adlandırıb və bütün ölkə vətəndaşlarının bundan faydalandığını vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az