Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası olub.
İnterpress.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” və “Lada” markalı avtomaşınların toqquşması nəticəsində Bərdə sakini 1988-ci il təvəllüdlü Abdullayeva Pərvanə Asif qızı müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.