Kütləvi ZƏHƏRLƏNMƏ: Kafedən suşi yeyən 16 nəfər XƏSTƏXANALIQ OLDUbackend

Kütləvi ZƏHƏRLƏNMƏ: Kafedən suşi yeyən 16 nəfər XƏSTƏXANALIQ OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Volqoqrad vilayətində kafedən suşi alan 16 nəfər, o cümlədən 5 uşaq zəhərlənib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiyanın Volqoqrad vilayətində fəaliyyət göstərən kafelərin birindən suşi alan 16 nəfər kütləvi şəkildə zəhərlənərək xəstəxanaya müraciət edib.

Regionun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, zəhərlənənlərdən 5-i azyaşlı uşaqdır.

Zərərçəkmişlər kəskin qida zəhərlənməsi simptomları – kəskin ürəkbulanma, qusma və yüksək temperatur şikayətləri ilə təcili tibbi yardım müəssisələrinə yerləşdiriliblər.

Baş vermiş kütləvi zəhərlənmə faktı ilə bağlı prokurorluq tərəfindən dərhal cinayət işi açılıb. Hadisənin baş verdiyi kafenin fəaliyyəti rəsmən dayandırılıb.

Hazırda Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi sahəsində Nəzarət Xidmətinin (Rospotrebnadzor) mütəxəssisləri tərəfindən kafedə sanitariya-epidemioloji yoxlamalar aparılır, istifadə olunan qida məhsullarından nümunələr götürülərək laboratoriyaya göndərilib.

İstintaq hərəkətləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az