Küveytdə vurulan təyyarənin amerikalı pilotu diz çökdürüldü
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Küveytdə səhvən vurulan “F-15” qırıcı təyyarəsinin pilotu ilə bağlı insident yaşanıb. Təyyarə vurulduqdan sonra pilot katapult edərək sağ qalmağı bacarıb, lakin yerə enərkən yerli sakinlərin mühasirəsinə düşüb.
Məlumata görə, kütlə arasından bir nəfər pilota qarşı olduqca aqressiv davranıb. O, əlindəki dəmir boru ilə pilotu döyməklə hədələyib və hərbçini diz çökməyə məcbur ediblər.
Vəziyyət olduqca gərginləşsə də, pilot amerikalı olduğunu bəyan etdikdən sonra yerli sakinlər geri çəkiliblər. Hadisə nəticəsində hərbçinin ciddi xəsarət almadığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






