Küveytdə yayda həddindən artıq istilər səbəbindən cəsədlərin gecə basdırılmasına qərar verilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qərara uyğun olaraq meyitlər iyul və avqust aylarında yalnız gecə dəfn oluna bilər.
Küveytdə çıxan “Ər-Ray” qəzetinin xəbərində bu qərarın həyata keçirilməsi üçün Vəqflər Nazirliyindən fətva alındığı bildirilib.
Dəfn işlərinin asanlaşdırılması məqsədi ilə dəfnlərin şam və xütbə namazları arasında aparılacağı bildirilib və bələdiyyələr tərəfindən vətəndaşlara işıqlandırma və digər xidmətlər də göstəriləcəyi bildirilib.






