Küveytdə 8 il əvvəl şiə məscidinə edilən bombalı hücumun faili də daxil olmaqla 5 nəfərin edam edildiyi açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Edam edilənlərdən ikisinin Misir və Şri Lanka vətəndaşı olduğu bildirilən bəyanatda digər ikisinin milliyyəti barədə məlumat verilməyib.
Qəsdən adam öldürmə, fahişəlik, odlu silahdan istifadə və narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi cinayətlərdən mühakimə olunan Əbdürrəhman Sabahın DEAŞ terror təşkilatına üzv olmaq və terror aktında iştirak etməkdə təqsirli bilindiyi açıqlanıb.
Əbdürrəhman Sabah 2015-ci ildə şiə İmam Sadiq məscidinə edilən bombalı hücumda günahkar bilinərək edam cəzasına məhkum edilib.
26 iyun 2015-ci ildə İmam Sadiq məscidinə edilən hücumda 27 nəfər həyatını itirib və terror təşkilatı DEAŞ hücuma görə məsuliyyəti üzərinə götürüb.