Küveytin Sudanın paytaxtı Xartumdakı səfirliyinin Hərbi İdarəsinin rəisinin iqamətgahına basqın edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Küveyt ölkə rəhbərliyini və bütün münaqişə tərəflərini diplomatik missiya mərkəzlərinin tam mühafizəsini təmin etmək üçün lazımi tədbirlər görməyə çağırıb.
Basqınlara görə məsuliyyət daşıyan cinayətkarların cəzalandırılmasını tələb edən bəyanatda heç bir tərəf günahlandırılmayıb.
Aprelin 15-də qarşıdurmalar başlayandan paytaxt Xartumda Səudiyyə Ərəbistanı və İordaniya səfirliklərinə və əlaqədar binalara müxtəlif basqınlar həyata keçirilib, ətraf ərazilər dağıdılıb.