Nyu-York Polis Departamentində (NYPD) ilk dəfə olaraq Latın Amerikalı polis məmuru polis rəisi vəzifəsinə təyin edilib.
Bu barədə barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nyu-York meri Erik Adams mətbuata açıqlamasında Cənubi Amerika əsilli və 30 ildən çox təcrübəyə malik Edvard A. Kabanı NYPD-nin rəhbəri təyin etdiyini və Puerto-Riko əsilli Kabanın “ilk İspan əsilli” olduğunu açıqlayıb.
Adams NYPD-nin 32 illik veteranı olan Komissar Kabanın Nyu York Metropoliten bölgəsindəki 5 şəhərin hamısında xidmət etdiyini və “demək olar ki, istənilən vəzifədə” təcrübə qazandığını bildirib.
NYPD-nin yeni rəisi Caban Nyu Yorkdakı NYPD 40-cı məntəqəsinin qarşısında keçirilən mərasimdə and içib.
Kaban eyni vəzifəyə keçmiş polis rəisi Keechant Sewell iyun ayında istefa verdikdən sonra təyin edilib.
Adamsın əksəriyyəti italyan və irland mənşəli olan NYPD-yə rəhbərlik etmək üçün Cabanı seçməsinin ştatda ispandilli əhalinin sayının sürətlə artması ilə əlaqəli olduğu düşünülür.
Son illərdə Meksika sərhədindən ABŞ-a gələn qeyri-qanuni mühacirlərin ən çox seçdiyi əyalətlər arasında olan Nyu York, ABŞ-da Kaliforniyadan sonra ən çox immiqrant sayına (3,4 milyon) malik ikinci əyalət olma xüsusiyyətinə malikdir.