LDU tələbənin qətli ilə bağlı məlumat yayıbbackend

LDU tələbənin qətli ilə bağlı məlumat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran Dövlət Universiteti (LDU) Turizm işinin təşkili ixtisasının III tədris ili tələbəsi Tosif Şöhlət oğlu Nəsirovun qətli ilə bağlı məlumat yayıb.

Universitetdən İnterpress.az-a daxil olan məlumatda deyilir:

“Dərin təəssüf hissi ilə bildiririk ki, gecə saatlarında Lənkəran Dövlət Universitetinin Turizm işinin təşkili ixtisasının III tədris ili tələbəsi Tosif Şöhlət oğlu Nəsirov aralarında yaranmış insident səbəbindən şəhər sakini, 1992-ci il təvəllüdlü Seymur Elşad oğlu Bayramlı tərəfindən bıçaqlanıb. Ağır bıçaq yarası alan Tosif Nəsirov rayon mərkəzi xəstəxanasına çatdırılıb, amma çox təəssüf ki, göstərilən tibbi yardıma baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Bildirmək istəyirik ki, insident tələbələr arasında kütləvi dava yox, tələbə ilə şəhər sakini arasında yaranan mübahisə nəticəsində baş verib. Qeyd edək ki, T.Nəsirov universitetdə sakit təbiətli və yaxşı oxuyan tələbə kimi tanınır. Onun qətli universitetin bütün kollektivi üçün ağır itkidir. Hazırda qətlin səbəblərini Lənkəran rayon prokurorluğu araşdırır.

Allah rəhmət eləsin!”.