Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İB-nin və “Academix” İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Liderlik Akademiyası”nın açılış mərasimi keçirilib.
İnterpress.az xəbər verir ki, məktəblilərin “Liderlik Akademiyası”nın açılış mərasimi Sosial Tədqiqatlar Mərkəzində keçirilib. Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc, millət vəkilləri Arzu Nağıyev, Pərvin Kərimzadə, Vüqar İsgəndərov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova, Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Rəfael Hüseynov adına 49 nömrəli intellekt məktəb-liseyin direktoru Elza Bağırzadə, M.Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İB-nin sədri Toğrul Allahverdili, “Liderlik Akademiyası”na cəlb olunmuş şagirdlər, valideyn və müəllimlər iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, “Liderlik Akademiyası” uşaqların öz iştirakı ilə onların həyatında dönüş yaratmaq, hərtərəfli inkişafına, dünyagörüşünün zənginləşməsinə, uşaqların liderlər kimi yetişməsinə xidmət edir.
“Liderlik Akademiyası”na cəlb olunan uşaqlara ölkəmizin tanınmış şəxsləri, ictimai, siyasi, elm, təhsil, mədəniyyət xadimləri tərəfindən insan və uşaq hüquqları, vətənpərvərlik, nitq mədəniyyəti, təhsil, sağlam həyat tərzi və digər mövzularda çıxışlar olub. “Liderlik Akademiyası”nda Azərbaycanın tanınmış ziyalıları ilə görüşlərin, interaktiv məşğələlərin uşaqların daha çox bilik əldə etməsinə, layiqli vətəndaş ruhunda yetişməsinə kömək etdiyi bildirilib.
Tədbirdə qonaqlar şagirdlərin suallarınl cavablandırıblar.
Sonda məktəblilərə “Çinar Yayımları”nın hədiyyələri təqdim edilib.
Qeyd edək ki, “Liderlik Akademiyası”
Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İB-nin və “Academix” İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə fəaliyyət göstərir və birinci “Liderlik Akademiyası”na Bakı şəhərinin Rəfael Hüseynov adına 49 nömrəli intellekt məktəb-liseyi və M.Rahim adına 7 nömrəli tam orta məktəblərdə təhsil alan 40 şagird könüllü şəkildə cəlb olunub.