Fransanın şimalındakı Lill hava limanı bomba təhlükəsi səbəbindən boşaldılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Təhlükəsizlik xəbərdarlığı səbəbilə Tuluza, Nitsa və Lion hava limanları da boşaldılıb.
Oktyabrın 13-də orta məktəb müəlliminin bıçaqla hücumu nəticəsində ölməsindən sonra Fransa yüksək hazırlıq vəziyyətinə gətirilib.
Fransanın əsas turistik yerlərindən biri olan Versal sarayı təhlükəsizlik səbəbilə dünən bir neçə saatlıq bağlanıb.