Livandakı partlayışlardan bir neçə dəqiqə əvvəl Qalant Ostinlə telefon danışığı aparıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Walla” məlumat yayıb. Bildirilir ki, sentyabrın 17-də Livanda peycerlərin partladılmasından bir neçə dəqiqə əvvəl İsrailin müdafiə naziri Qalant amerikalı həmkarı Ostinə zəng edib.
Qalant Ostinə deyib ki, İsrail tezliklə Livanda əməliyyat keçirməyi planlaşdırır, lakin onun məqsədi və mahiyyəti ilə bağlı konkret təfərrüatlar verməkdən imtina edib,
Qeyd olunur ki, Qalantın telefon danışığı Yəhudi Dövlətinin Vaşinqtonu tamamilə təəccübləndirəcəyi bir vəziyyətdən qaçmaq cəhdi olub.
Xuraman Etibarlı
İnterpress.az