Londonda avtomobil ibtidai məktəb binasına çırpılıb, 7-si uşaq olmaqla 9 nəfər xəsarət alıbbackend

Londonda avtomobil ibtidai məktəb binasına çırpılıb, 7-si uşaq olmaqla 9 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin paytaxtı Londonun cənub-qərbində yerləşən Uimbldonda avtomobilin ibtidai məktəb binasına çırpılması nəticəsində 7-si uşaq olmaqla 9 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

London yanğınsöndürmə briqadası da bölgəyə qrupların və xilasetmə maşınlarının göndərildiyini, London Təcili Yardım Xidməti isə bir sıra fövqəladə hallara müdaxilə qruplarının istiqamətləndirildiyini açıqlayıb.

7-si uşaq olmaqla 9 nəfərin yaralandığı hadisənin terrorla əlaqəsi olmadığı və istintaqın davam etdiyi qeyd edilib.

Hadisənin baş verdiyi ibtidai sinifdə qızlar oxuyur.