Londonda bıçaqlı hücum nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Sky News” paytaxtın təcili tibbi yardım xidmətinə istinadən məlumat yayıb.
Londonda baş verən bıçaqlı hücum nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Hadisə Bromley ərazisində baş verib. Təcili yardım yerli vaxtla təxminən saat 14:19-da (Bakı vaxtı ilə saat 17:19) çağırılıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, lakin vəziyyətləri barədə məlumat verilməyib.
Hücumçunun tutulub-tutulmadığı və ya hücumun nədən qaynaqlandığı da məlum deyil.
Daha əvvəl Yaponiyanın Okinava adasında iki ABŞ Dəniz Piyadaları Korpusunun hərbçisi üç yerli sakinə hücum etməkdə şübhəli bilinərək saxlanılıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, münaqişə bayram tədbirləri zamanı baş verib.
İlkin məlumatlara görə, hərbçilər insanları itələyib və üzünə yumruq vurublar. Hər iki dəniz piyadası həmin vaxt sərxoş olub. Polis hadisəni araşdırır.
Xuraman Etibarlı
İnterpress.az






