Lukaşenko: Yaxın günlərdə Minskdə Zelenskinin nümayəndələri ilə görüşmüşəm – VİDEObackend

Lukaşenko: Yaxın günlərdə Minskdə Zelenskinin nümayəndələri ilə görüşmüşəm – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lukaşenko bildirib ki, bu yaxınlarda Minskdə Zelenskinin nümayəndələri ilə görüşüb.

İnterpress.az xəbər verir ki, bu barədə “Belta” agentliyi məlumat yayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko paytaxt Minskdə Ukrayna lideri Volodimir Zelenskinin xüsusi nümayəndə heyəti ilə görüş keçirdiyini açıqlayıb.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov ilə görüşü zamanı bu barədə danışan Belarus dövlət başçısı Ukrayna tərəfinə olduqca qətiyyətli mesajlar ünvanladığını bildirib.

Lukaşenkonun sözlərinə görə, o, nümayəndələrə rəsmi Kiyevin Minski müharibəyə sürükləmək cəhdlərinin fəlakətli nəticələr verəcəyini xəbərdar edib.

Dövlət başçısı Belarusun Ukrayna ilə hərbi münaqişəyə girmək istəmədiyini və Rusiyanın da Minskin birbaşa müharibəyə cəlb olunmasında maraqlı olmadığını vurğulayıb.

Xatırladaq ki, bir qədər əvvəl Zelenski Belarus sərhədində yerləşən və Rusiya dronlarının hərəkətini tənzimləyən rabitə cihazlarının sökülməsi üçün Minskin qarşısında bir həftəlik rəsmi ultimatum qoymuşdu.

Son kəşfiyyat məlumatlarına görə, həmin cihazların fəaliyyətinin artıq dayandırılması iki ölkə arasında gərginliyin qismən də olsa azalmasına və tərəflərin dialoqa başlamasına kömək edib.

Xuraman Etibarlı

İnterpress.az