Lvovda baş vermiş qəzada Gürcüstanın keçmiş xarici işlər naziri ağır yaralanıbbackend

Lvovda baş vermiş qəzada Gürcüstanın keçmiş xarici işlər naziri ağır yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş xarici işlər naziri Eka Tkeşelaşvili Lvovda avtomobil qəzasında ağır xəsarət alıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, avtomobil qəzası Kiyev-Çop avtomobil yolunda baş verib. Qəzaya səbəb “Hyundai” və “Audi” markalı avtomobillərin toqquşması olub.

Qəza nəticəsində bir qadın ölüb, iki nəfər isə yaralanıb. Eka Tkeşelaşvili bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Eka Tkeşelaşvili Aİ-nin Ukraynadakı antikorrupsiya layihəsinin rəhbəridir.