Macarıstan İrəvanda konsulluq açmaq istəyirbackend

Macarıstan İrəvanda konsulluq açmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Ermənistanın paytaxtı İrəvanda konsulluq açmaq istəyir.

İnterpress.az xəbər verir ki, bu təklifi Macarıstan xarici işlər naziri Peter Siyarto oktyabrın 27-də İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə səsləndirib.

P.Siyarto Ermənistana humanitar yardımlar, bu ölkə ilə diplomatik münasibətləri tam bərpa etməyə hazır olduqlarını da vurğulayıb.

Qeyd edək ki, 2012-ci ildə Budapeştlə İrəvan arasında diplomatik əlaqə kəsilib. Buna səbəb Macarıstanın Ermənistan hərbçisi Qurgen Markaryanı öldürməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsidir.