Macarıstan Ukraynanın Rusiyadakı neft obyektinə hücumunu pisləyib.
İnterpress.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto “Facebook” hesabında yazıb.
Macarıstan xarici işlər naziri Peter Siyarto Ukraynanın “Drujba” neft kəmərinə hücumunu kəskin tənqid edib.
“Hazırda Macarıstan Ukraynaya əsas elektrik enerjisi təchizatçısıdır. Bizsiz Ukraynanın enerji təhlükəsizliyi çox qeyri-sabit olardı. Buna görə də ölkəmizin enerji təhlükəsizliyində mühüm rol oynayan və bizi neftlə təmin edən ‘Drujba’ neft kəmərinə növbəti hücum xüsusilə narahatlıq doğurur”, – Siyarto bildirib.
O, Ukraynanı Macarıstanla əlaqəli təchizat marşrutlarına zərbələri dayandırmağa çağırıb.
Qeyd edək ki, avqustun 13-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətində “Transneft Drujba” neft kəmərinin neftötürmə stansiyasına PUA ilə zərbə endirib.
Xuraman Etibarlı
İnterpress.az