Madaqaskar prezidenti Fransa vətəndaşı olduğunu etiraf edibbackend

Madaqaskar prezidenti Fransa vətəndaşı olduğunu etiraf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Madaqaskar prezidenti Andri Rajoelina gizli şəkildə Fransa vətəndaşlığını aldığını etiraf edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Prezident Rajoelina dövlət televiziyasında 2014-cü ildə gizli şəkildə Fransa vətəndaşı olması ilə bağlı iddialara cavab verib.

Ailəsi ilə birlikdə Fransa vətəndaşlığını aldığını etiraf edən Rajoelina bu qərarı övladlarının gələcəyi üçün verdiyini bildirib.

Rajoelina övladlarının Fransada təhsil alması üçün ailə kimi Fransa vətəndaşlığını qəbul etdiyini vurğulayaraq, o zaman hökumətdəki işindən də ayrıldığını xatırladıb.

Fransa vətəndaşlığının vətən sevgisinin qarşısını ala bilməyəcəyini vurğulayan Rajoelina 4 fərqli vətəndaşlığı olan Nelson Mandeladan misal çəkib.

Rajoelina noyabrda keçiriləcək prezident seçkilərində namizəd olub-olmayacağı ilə bağlı məlumat verməyib.

Prezident Rajoelinanın Fransa vətəndaşlığı

Madaqaskar konstitusiyasına görə, bir şəxs xarici vətəndaş olduqdan sonra Madaqaskar vətəndaşlığını itirir və heç bir seçkidə iştirak edə bilməz.

Fransanın rəsmi qəzetində dərc olunan və o vaxtkı baş nazir Manuel Vals və daxili işlər naziri Bernard Kaznevin imzaladığı fərmana əsasən, Rajoelina, həyat yoldaşı və üç övladı 21 noyabr 2014-cü il tarixindən etibarən Fransa vətəndaşı olub.

Bu məlumatın son vaxtlar ortaya çıxması ölkə gündəmini çaşdırsa da, Rajoelina da tənqidlərə məruz qalıb.

Cəmi 33 yaşı olan Rajoelina paytaxt Antananarivoda keçirilən genişmiqyaslı nümayişlərdən sonra ilk dəfə hərbi çevrilişlə hakimiyyətə gəlib və 2013-cü ilə qədər ölkəni idarə edib.

Beynəlxalq ictimaiyyətin təzyiqi ilə işini tərk edən Rajoelina həmin vaxt ailəsi ilə birlikdə Fransada məskunlaşıb.

Fransa vətəndaşlığının Rajoelinanın istefası müqabilində Fransa tərəfindən vəd edildiyi güman edilir.

Prezidentin Fransa vətəndaşı olması ilə bağlı şayiələr 2018-ci ildə də ortaya çıxdı, lakin heç bir dəlil olmadığı üçün çox diqqət çəkmədi.

Müxalifət isə 2014-cü ildə Fransa vətəndaşı olan, lakin 2018-ci ildə prezident seçilən Rajoelinanın dərhal vəzifəsindən azad edilməsini tələb edir.