Madaqaskarda təsirli olan “Freddi” qasırğası nəticəsində 4 nəfər ölüb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Ölkənin şərq sahillərində təsirli olan qasırğadan 16 min 660 nəfər zərər çəkib.
Qasırğa səbəbindən ən azı 10 bölgədə fəsadlar yaranıb, 4 nəfər ölüb.
Hind okeanındakı ada ölkəsi Madaqaskarda yeni başlayan yağışlı mövsüm aprel ayına qədər davam edir.
Yanvar ayında ölkədə təsirli olan Çeneso tufanında ən azı 30 nəfər ölüb.