Berlin mağazaları oğurluq səbəbindən qəhvə rəflərini fotoşəkillərlə əvəz edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Bildirilir ki, Berlində bəzi supermarketlər artan qəhvə oğurluğu hallarına qarşı qeyri-adi üsullarla mübarizə aparmağa başlayıblar. İndi rəflərdə real paketlər əvəzinə onların fotoşəkilləri var.
Məhsulu almaq üçün alıcılar satıcı ilə əlaqə saxlamalıdırlar.
Bu tədbir pərakəndə satıcıların mağaza oğurluğu dalğasına cavabıdır.
Əvvəllər Almaniyanın bəzi şəbəkələri oğrular arasında yüksək tələbat olan mallara, məsələn, bahalı spirt və ya kosmetika məhsullarına oxşar məhdudiyyətlər tətbiq etmişdilər.
Xuraman Etibarlı
İnterpress.az