Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya çempionatında IX turun rəmzi komandasına düşüb.
“İnterpress.az”ın “Sofascore”yə istinadən məlumatına görə, “Rudes”lə görüşdə 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan Zaqreb “Dinamo”sunun üzvü ən yaxşı sağ vinger seçilib.
Onun performansı 8,3 balla qiymətləndirilib. Ən yüksək xala Emrelinin komanda yoldaşı Yosip Drmiç (10) layiq görülüb. O, qarşılaşmada het-trik müəllifi olub. Zaqreblilərin digər üzvü Qabriel Vidoviç isə 1 qol, 2 assist sayəsində 8,6 xala layiq görülüb.
Qeyd edək ki, “Dinamo” “Rudes”i səfərdə 5:1 hesabı ilə məğlub edib.