Makron “ən güclü” olmaq üçün Türkiyəyə mane olurbackend

Makron “ən güclü” olmaq üçün Türkiyəyə mane olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyi (AB) Yunanıstan və Fransanın haqsız olduğunu bilə-bilə bu ölkələrə dəstək verir.

İnterpress.az xəbər verir ki, bunu Türkiyənin Çexiyadakı səfiri Egemen Bağış deyib.

Səfir bildirib ki, Cənubi Kipr də Yunanıstanın haqsız olduğunu bilə-bilə onun arxasında dayanır:

“Türkiyənin hüquqi cəhətdən haqlı olduğunu bağlı qapılar arxasında bir çox avropalı liderlər, siyasətçilər və hüquqşunaslar etiraf edir. Avropanın təhlükəsiz enerjiyə nail olması üçün Türkiyəyə ehtiyacı var. Belə bir mövzuda Avropa da bölgədə enerji bölməsini aça bilmir. Çünki Cənubi Kipr veto qoyub”.

E.Bağış qeyd edib ki, sentyabrn 24-də Berlində keçiriləcək AB Xarici İşlər nazirlərinin iclasında Türkiyəyə qarşı sanksiya tətbiq edilməyəcək:

“Türkiyəyə qarşı tətbiq edilən sanksiya AB-nin ziyanınadır”.

Səfirin sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun ən böyük hədəfi 2022-ci ildə yenidən prezident seçilməkdir:

“O istəyir ki, AB-də Merkeldən sonra ən güclü lider olsun. Fransa Türkiyənin Afrikada apardığı aktiv siyasətinə mane törətmək istəyir”.

 

İnterpress.az