“Mall”lar nə vaxt işə başlayır? — Operativ Qərargahdan AÇIQLAMAbackend

“Mall”lar nə vaxt işə başlayır? — Operativ Qərargahdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda pandemiyaya görə bir neçə aydır ki, iri ticarət mərkəzlərinin, “Mallar”ın fəaliyyəti dayandırııb. Qeyd edək ki, son dövrlər karantin rejimində müəyyən yumşalmalara gedilir. Nəticədə bir çox müəssisələrin fəaliyyəti və rayonlara gediş-gəliş bərpa edildi. Gələn həftə də karantin rejimində yumşalmaların olacağı gözlənilir. Belə olan halda Bakıda iri ticarət mərkəzləri, “Mallar” açıla bilərmi?

İnterpress.az bildirir ki, bununla bağlı “konkret.az”-ın sualını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə onda heç bir məlumat yoxdur:

“Yumşalmalar və ya hər hansı qərarlar olan zaman bu barədə ictimaiyyətə məlumat verilir. Ticarət mərkəzləri və “Mallar” barəsində qərar veriləndə bu barədə məlumat veriləcək”.

Operativ Qərargahın növbəti brifinqinin nə zaman keçiriləcəyi sualına İbrahim Məmmədov bu barədə məlumatının olmadığını söyləyib.

İnterpress.az