“Mançester Yunayted”də üç futbolçu Ronalduya qarşı: Adları açıqlandıbackend

“Mançester Yunayted”də üç futbolçu Ronalduya qarşı: Adları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mançester Yunayted”də bəzi futbolçular Kriştianu Ronaldunun ehtiyatda saxlanıla bilməməsi, həmçinin komandadakı mövqeyindən narazıdır.

Sözügedən futbolçuların Harri Maquayr, Meyson Qrinvud və Edinson Kavani olduğu bildirilir.

Bəzi mənbələr hətta komandanın üzvlərinin Kriştianu Ronaldunun “Mançester Yunayted”in portuqaldilli futbolçuları – Brunu Fernandes, Dioqu Dalot, Fred və Aleks Telles təsirindən də narahatdırlar.

Qeyd edək ki, buna qədər klubun keçmiş futbolçusu Hari Nevil də “Mançester Yunayted”in soyunub-geyinmə otağında baş verənlərlə bağlı şayiələri eşitdiyini bildirib. O, komanda üzvləri arasında görüş keçirilməsini və problemin həll edilməsini tövsiyə etmişdi.

Mənbə: The Daily Express