Maradonanın əşyaları hərraca çıxarılıbbackend

Maradonanın əşyaları hərraca çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonaya məxsus əşyalar hərraca çıxarılıb.

İnterpress.az-ın məlumatına görə, bu addımı mərhum hücumçunun varisləri atıb.

Ümumilikdə 90 əşya satışa qoyulub. Hərracın keçirildiyi 3 saat ərzində 26 000 dollar məbləğində əşya satılıb. Ən böyük məbləğ şəkillərdən götürülüb.

Eyni zamanda Maradonanın Buenos-Ayresdəki 900 000 dollarlıq evi və Mar-del-Platada dəniz kurortundakı 65 000 dollarlıq apartamentləri də hərracda olub. Lakin onları satmaq mümkün olmayıb.

Mərhum futbolçunun 225 000 ABŞ dolları qiymətində olan 2017-ci il seriyalı və 165 000 dollarlıq 2016-cı il seriyalı BMW avtomobilləri də yeni sahibini tapmayıb.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci ildə 60 yaşında ikən vəfat edib.