Maraqlı İXTİRA: İnsanları yağışdan qoruyan uçan çətir NÜMAYİŞ ETDİRİLDİ – VİDEObackend

Maraqlı İXTİRA: İnsanları yağışdan qoruyan uçan çətir NÜMAYİŞ ETDİRİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinli mühəndis “sehrli” çətir-dron icad edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici texnologiya mediası məlumat yayıb.

Çinli mühəndis Con Tsze hər kəsi heyrətə gətirən “sehrli” çətir icad edib.

Bu ixtira əslində pilotsuz uçuş aparatı (dron) funksiyasını yerinə yetirən avtonom bir çətirdir.

Qurğu insanın başı üzərində havada sərbəst şəkildə dayanır və sahibini izləyərək onu yağışdan və ya günəşdən qoruyur. Bu ixtira sayəsində insanın əlləri tamamilə sərbəst qalır.

Görünüşcə adi sarı çətirə bənzəyən bu qurğunun daxilində qatlanan dayaqlar üzərində dörd pər gizlədilib.

İxtiranın ən mühüm özəlliyi isə onun xüsusi izləmə sistemidir ki, bu da çətirin hərəkət zamanı sahibindən uzaqlaşmamasını təmin edir.

Xuraman Etibarlı

İnterpress.az