Maşın növbəsinə dayanan Vətən müharibəsi qaziləri qeydiyyata alınacaqlarbackend

Maşın növbəsinə dayanan Vətən müharibəsi qaziləri qeydiyyata alınacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Yaxın zamanlarda tibbi göstərişlə avtomobil idarəsinə müsbət rəy verilən, maşın növbəsinə dayanan Birinci Qarabağ müharibəsi əlilləri üçün avtomobil sifarişi üçün tender elan ediləcək.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov “Sosial saat” layihəsində çıxışı zamanı deyib.

O bildirib ki, bu günə qədər maşın növbəsində olan şəxslərin siyahısı Agentlikdə var:

“Vətən müharibəsi zamanı da əlil olan şəxslər maşın növbəsinə dayandığı halda, onlar da növbəlilik prinsipi ilə qeydiyyata alınacaqlar. Yaxın zamanlarda avtomobillərin alınması üçün tender elan olunacaq. Avtomobillər alındıqdan sonra avtomobillərin təqdim edilməsi prosesinə başlanılacaq”.

 

İnterpress.az