Ukraynanın Şamaxı şəhərində Fəxri konsulu Mehralı Qasımov Azərbaycanın bu ölkədəki səfiri vəzifəsinə getməyə hazırlaşır.
Bu barədə İnterpress.az-a etibarlı mənbədən məlumat daxil olub.
Qeyd olunub ki, o, artıq öz yaxın ətrafında Ukraynaya səfir təyin olunması ilə bağlı şayiələr də yaymağa başlayıb.
Fəxri konsul Azərbaycanın Ukraynadakı hazırkı səfiri Elmira Axundovanın yaxın günlərdə geri çağırılacağı və onun yerinə özünün təyin olunacağını bildirib.
Qeyd edək ki, M.Qasımov hazırda Ukraynanın Azərbaycanın Şamaxı şəhərində yerləşən Fəxri konsulluğunun rəhbər vəzifəsində çalışır. Buna baxmayaraq, onunla bağlı şikayətin ardı-arasə kəsilmir.
Hələ bir müddət əvvəl Fəxri Konsul Mehralı Qasımovun fəaliyyətindən şikayətçi olan bir qrup şəxs bildirib ki, konsulluq işə başlayandan onun heç bir fəaliyyəti yoxdur.
İddialara görə, M.Qasımovun fəxri konsul kimi işə başlaması sadəcə olaraq diplomatik toxunulmazlığa, “qırmızı” nömrəli avtmobillərdə gəzməyə, öz biznesini genişləndməyə və onu qorumağa nail olmaqdan ibarətdir.
Məlumata görə, o, bütün bu imtiyazlara isə diplomat donunda yüksək vəzifədə işləyən atasının vasitəçiliyi ilə sahib olub.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.