Erməni diasporu Brüsseldə Avropa Şurasının binası önündə Laçın postunun açılması məqsədilə aksiya keçirib, diqqəti “Qarabağda humanitar fəlakət var” iddialarına çəkməyə çalışıb.
İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.
O, məqsədin aydın olduğunu söyləyib: “Yükləri sərhəddə uzun müddətdə saxlayacaq İrəvan beynəlxalq təzyiqin güclənməsi ilə Bakının geri addım atmasına çalışacaq, buna paralel olaraq erməni diasporu da ən yaxşı bacardığı işi – aksiyaların keçirilməsi, kampaniyaların aparılması və s; – həyata keçirəcək”.
“Məhz bu məqamda Azərbaycan diasporuna ehtiyac yaranır: sərhəddəki yardım şousunun Azərbaycanın ərazi bütövlüyünə qarşı addım olduğunu, bu şouya dəstək verən Avropa strukturlarının da ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin əks olunduğu beynəlxalq hüququ pozduğuna dair aksiyalar, kampaniyalar keçirə, bununla əks həmlə edə bilərlər”, – siyasi şərhçi əlavə edib.