Meksikada 10-dan çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında ilk təsbitlərə görə 5 nəfər həyatını itirib, 14 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Tapatitlan şəhərinin Zapotlanexo-Laqos de Moreno şossesində zəncirvari yol qəzası baş verib.
Əraziyə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşınlar göndərilib.
Qəzada 5 nəfər həyatını itirib, bəziləri ağır olmaqla 14 nəfər yaralanıb.
Səlahiyyətlilər qəzadan sonra bəzi avtomobillərdə yanğının başladığını və ölənlərin sayının arta biləcəyini bildirib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.






