Meksikada 4 mərtəbəli binada partlayış: 28 nəfər yaralanıbbackend

Meksikada 4 mərtəbəli binada partlayış: 28 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada 4 mərtəbəli binada baş verən partlayış nəticəsində 28 nəfər xəsarət alıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Meksikanın Aşağı Kaliforniya ştatında yerləşən Tixuana şəhərində 2 mərtəbəli binada partlayış baş verib. Partlayışda 3-ü ağır olmaqla ümumilikdə 28 nəfər yaralanıb, 2 nəfər dağıntılar altında qalıb.

Partlayış nəticəsində binanın ətrafındakı avtomobillərə də ziyan dəyib.

Yaralılar bölgəyə gələn 7 təcili yardım maşını ilə xəstəxanaya aparılıb, mülki müdafiə qrupları dağıntılar altında qalan 2 nəfərin xilas edilməsi üçün işlərə başlayıb.

Səlahiyyətlilər dağıntılar altında qalan 1 nəfərin yaralı olaraq xilas edilərək xəstəxanaya aparıldığını açıqlayıb.

Bundan əvvəl də eyni binada partlayış olub.

Partlayışın səbəbi hələ müəyyən edilməyib.

Hadisə şahidləri partlayışın qaz sızması səbəbindən baş verdiyini iddia edərək, 4 il əvvəl eyni binada daha bir partlayışın baş verdiyini bildiriblər.