Meksikanın cənubundakı Aşağı Kaliforniya yarımadasında 6,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Geoloji Xidməti 6,3 bal gücündə zəlzələnin episentrinin turistik Kabo San Lukasdan 131 kilometr şərqdə, Meksika körfəzi yaxınlığında olduğunu açıqlayıb.
İlk məlumatlara görə, 10 kilometr dərinlikdə baş verən zəlzələdə can və mal itkisi olmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.